Mojo.az Banner
12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO

24.07.2021 15:35 1 563
Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarına riayət edilməsinə nəzarət məqsədilə yoxlamalar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Vüqar” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Əzizağa Vəliyev inzibati məsuliyyətə cəlb edilərək 4 000 manat məbləğində cərimələnib. Həmçinin, toy sahibi, Göyçay rayon sakini Rəhman Gülüyev barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək o, 200 manat məbləğində cərimə olunub.

Göyçay rayon sakinləri Məhəmmədəli Süleymanov və İlqar Maqsudova məxsus fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində isə müəyyən edilən say həddindən artıq qonağın iştirakı qeydə alınıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin şəxslər barəsində protokol tərtib olunub və hər biri 200 manat cərimələnib.скачать dle 11.3
Mojo.az Banner