Mojo.az Banner
22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - VİDEO

23.07.2021 17:34 1 413
Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - VİDEO
Bakıda tibb müəssisəsinin ərazisi zibilliyə çevrilib.

Bu barədə “Report”a tibb müəssisəsinin yerləşdiyi Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan sakinlərdən biri məlumat verib.

Şikayətçi 23 saylı Birləşmiş Şəhər Poliklinikasının ərazisində tullantıların daşınmadığını bildirir. Onun sözlərinə görə, poliklinikanın ərazisində uzun müddətdir zibillərin daşınmaması antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb. O, poliklinikanın həyətində çəkdiyi iddia olunan video və fotoları da “Report”a təqdim edib.

23 saylı Birləşmiş Şəhər Poliklinikasının baş həkimi Hüseyn İsrafilzadə “Report”a açıqlamasında tullantıların vaxtında daşındığını və hazırda səhiyyə müəssisəsinin ərazisində belə bir halın olmadığını bildirib.

“23 saylı Birləşmiş Şəhər Poliklinikasında zibillər vaxtı-vaxtında daşınır. Həmin şikayətçi yanlış məlumat verib, axı onun bizim xəstəxanaya nə aidiyyəti var? Həmin adamla söhbət eləmişik. Hansısa ədəbsiz gəlib energetik içki içdikdən sonra qabını əraziyə atırsa, biz onun dalınca düşəsi deyilik. Düzdür, zibil maşınlarının işləmədiyi vaxtlar olur, amma biz daim nəzarət edir, pandemiya dövründə poliklinikanın təmizliyinə ciddi riayət edirik. Hər həftə buranı dərmanlayırıq, xadimələr yuyub təmizləyir. Hətta mən deyərdim ki, ölkədə pandemiya ilə mübarizə aparan bir tək İsrafilzadə Hüseyn Oruc oğludur”, - deyə baş həkim qeyd edib.скачать dle 11.3
Mojo.az Banner