Mojo.az Banner
23:06 Bayraktar Paşinyanla nüvə enerjisini müzakirə etdi  |     22:47 Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb  |     22:30 Güləşçimiz erməni rəqibinə qalib gəlib medal qazandı  |     22:19 Türkiyə parlamentində İranla bağlı İCLAS  |     22:16 Sarqsyanın ailəsində növbəti həbs: Eks-prezidentin qardaşı axtarışa verildi  |     22:15 “Sabah” öz meydanında böyükhesablı qələbə qazandı  |     21:58 SEPAH-ın polkovniki öldürüldü  |     21:50 "Qarabağ"ın futbolçusu Kolumbiya millisində - İlk dəfə  |     21:44 Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmə meyiti tapılıb  |     21:25 Üç saat ərzində daha 5 nəfər İrandan Azərbaycana təxliyə olundu  |     21:23 Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşdü  |     21:08 Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib  |     20:51 Tahir İmanov onları məhkəmə ilə hədələdi  |     20:46 İran İsrailə yeni raket zərbələri dalğasına başladı  |     20:46 Zelenski: "Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar gələn həftəyə təxirə salınıb"  |     20:40 "Google Maps"dən Bakı ilə bağlı YENİLİK  |     20:40 "İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə şok faktlar  |     20:32 Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur  |     20:26 Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir  |     20:20 ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma baş verib  |    
Left Banner
Right Banner

“La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var”

23.07.2021 11:47 1 212
“La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var”
“La Croix” (Fransa) qəzetində gedən məqalədə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi rolundan bəhs olunub.

Müəllif həmsədrlərin uğursuz diplomatik fəaliyyətini iki ölkə arasındakı müharibənin baş verməsinin səbəblərindən biri kimi dəyərləndirərək uzunmüddətli sülhə nail olmaq məqsədilə artıq Fransa üçün fürsət yarandığını bildirib, çünki məsələ yalnızca Cənubi Qafqazın gələcəyi ilə deyil, həm də Fransanın vasitəçi kimi beynəlxalq nüfuzu ilə bağlıdır.

Müəllif qeyd edib ki, Fransada erməni diasporu və lobbisinin aktiv rolunun ölkənin vasitəçi kimi qərəzsiz fəaliyyətinə təsir etmə ehtimalı var və hazırda Fransa regiona qarşı öz münasibətini tarazlaşdırmalıdır. Onun sözlərinə görə, Fransanın Ermənistana hər zaman dəstək olması onun rəsmi İrəvanda təsir gücünə sahib olmasına səbəb olub və indi Fransanın bu fürsətdən istifadə etməyinin vaxtı çatıb. Bu xüsusda müəllif vurğulayıb ki, Fransanın Cənubi Qafqaz regionu üçün nəzərdə tutulmuş siyasi prioriteti tərəflər arasında iqtisadi əməkdaşlığı təşviq etmək və dəstəkləmək istiqamətində olmalıdır. Nəzərə çatdırılıb ki, hazırda Ermənistanın 4 beynəlxalq sərhədindən 3-ü qapalı olduğundan iqtisadiyyatı iflic olmuş vəziyyətdədir, bu səbəbdən Ermənistanı özündən asılı vəziyyətdə saxlamağa çalışan Rusiyadan da asılılığı azaltmaq üçün Cənubi Qafqaz regionunda sərhədləri açmaq, eləcə də nəqliyyatı bərpa etmək vaxtı gəlib çatıb.

Müəllif əlavə edib ki, Dağlıq Qarabağ probleminə görə inkişaf edə bilməyən Cənubi Qafqaz üçün indi investisiya imkanları çox genişdir, xüsusilə Dağlıq Qarabağda Azərbaycanın güclü iqtisadiyyatı sayəsində bir milyon məcburi köçkünün öz evlərinə qayıtması üçün infrastrukturun bərpa edilməsi ilə bağlı görülən işlər vacib hesab olunur. Onun fikrincə, bu zamana qədər Ermənistan öz qonşularına mənfi mesajlar ünvanlayıb, lakin indi rəsmi İrəvanın rəsmi Parisi dinləmək vaxtıdır, beləcə Ermənistan təcrid olunmuş vəziyyətdən çıxa və Fransa vasitəçi kimi öz etibarını bərpa edə bilər.
скачать dle 11.3
Mojo.az Banner