Bakının əsas küçələrində sıxlıq var
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Bakı - Sumqayıt şosesinin Xırdalan dairəsinin yanından bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur.
Eyni zamanda Koroğlu Rəhimov küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətinə gedən yolda da sıxlıq müşahidə edilir.
