Mojo.az Banner
13:10 Benzin və dizelin qiymətinin artırılması illik inflyasiyaya nə qədər təsir edib?  |     13:01 Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı  |     12:59 "TikTok"da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi  |     12:50 Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR  |     12:46 Bakıda 64 yaşlı kişi boğulub öldü  |     12:45 Dövlət agentliyində yoxlama aparılmasına 180 min manat xərclənəcək  |     12:44 Bakıya qar yağacaq, yollar buz bağlayacaq  |     12:43 "Arsenal"ın oyunu təxirə salınacaq  |     12:27 Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi  |     12:00 DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA  |     11:54 Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi  |     11:48 Bakıda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı  |     11:47 İtkin kimi axtarılan gənc tapılıb  |     11:17 Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü  |     23:02 Goranboyda "Gənclər Paytaxtı 2026"nın açılış mərasimi keçirilib  |     22:51 Mərkəzi Bank məlumat yaydı  |     22:41 Mərkəzi Bank məlumat yaydı  |     22:36 Bakıda 19 yaşlı tələbə itkin düşdü  |     22:27 Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var  |     22:09 Bakıya dəhşətli soyuqlar gəlir  |    
Left Banner
Right Banner

Qarpız alarkən nələrə diqqət etmək lazımdır?

19.07.2021 23:46 1 899
Qarpız alarkən nələrə diqqət etmək lazımdır?
Təbii halda becərilən qarpız adətən iyul-avqust aylarında yetişir. Sort və hibridlərin yetişkənliyindən asılı olaraq bu müddət tezləşə də bilər, lakin bitkilərə kifayət qədər istilik və işıq çatmadığından iyul-avqust aylarında yetişənlərə nisbətən dadsız olur. Qarpız yay mövsümünün ən çox tələb olunan və satılan meyvəsi olduğundan onu alarkən diqqətli olmaq lazımdır.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının dosenti Mənzər Məmmədova söyləyib.

O bildirib ki, qarpızda meyvə səthinin parlaq (mum təbəqəsiz), torpaqla təmas etdiyi yerin sarı ləkə şəklində olması onun ən yaxşı yetişmə əlaməti hesab edilir. Bu ləkə nə qədər sarımtıldırsa, qarpız da o qədər dadlı və şirin olur. Meyvə yetişdikdə naxışları aydın görünür, saplaq və onun yanındakı bığcıq quruyur, əllə vurduqda küt "küp" səsi, azacıq meyvəni sıxdıqda isə xışıltıya bənzər səs çıxarır. Bundan başqa, meyvə lətinin qırmızı, toxumlarının ağ, qəhvəyi rəngdə olması onun süni yetişdirilməsini göstərir. 8-10 kq-lıq meyvələr daha normal hesab edilir.

"Yadda saxlamaq lazımdır ki, meyvənin yetişməsini təyin etmək üçün sıxmaq və əllə bərk vurmaq olmaz. Çünki, o halda meyvə əzilir və onun yola davamlılıq və saxlanma qabiliyyəti azalır. Təcrübəli bostançılar meyvəyə baxmaqla onun yetişib-yetişmədiyini müəyyən edə bilir", - deyə mütəxəssis alıcıların diqqətinə çatdırıb.

M.Məmmədova deyir ki, hazırda qarpızdan zəhərlənmələr haqqında məlumatları eşidirik. Qarpızdan zəhərlənmələr adətən, bitkiləri düzgün aqrotexniki qaydada becərmədikdə, daha doğrusu, azotlu gübrələrdən daha çox istifadə etdikdə baş verir: "Nitratlı qarpızın özünəməxsus xarakterik xüsusiyyətləri var. Daha böyük ölçüyə malik olub, vurulduqda, bir rezin topun çilənməsinə bənzər səs çıxarır, ləti kəsilmiş yerdə parıldayır, lətə işıqda baxdıqda rəngi intensiv qırmızı olsa da, səthində bir az bənövşəyilik hiss olunur, damarlar ağ deyil, sarı rəngli olur. Fermerlər belə hesab edirlər ki, zəhərlənmələr heç də dərman və gübrələrlə çox da əlaqədar deyil. Çünki aparılan yoxlamalar, nəzarət qarpıza yerli-yersiz bu maddələrin verilməsinin qarşısını alıb. Amma zəhərlənmələr yenə də var və insanlar qarpızdan zəhərləndiklərini düşünürlər. Amma bu halların 99 faizi qida zəhərlənməsi ilə əlaqədardır. Başqa qida məhsullarında olduğu kimi, qarpız meyvələrinin təzə və köhnəliyi, saxlanma şəraiti də zəhərlənməyə səbəb ola bilər. İsti havada, qızmar günəş altında qalan qarpız meyvələrini yemək təhlükəlidir. Kəsilmiş qarpız açıq havada qaldıqda da zəhərlənmə riski artır".

Alıcıları qarpız alarkən diqqətli olmağa çağıran mütəxəssis zəhərlənmələr zamanı görülə biləcək ilkin tibbi yardım haqda da məlumat verib. Bildirib ki, zəhərlənmələr zamanı ilk növbədə mədə-bağırsaq sistemi yuyulmalıdır. Bunun üçün çoxlu miqdarda sodalı, yaxud marqanesli su içmək lazımdır. Əgər bunu etmək mümkün deyilsə, onda 10 kq bədən çəkisinə 1 həb olmaqla aktivləşdirilmiş kömürü əzib, onu 1 stəkan suya qataraq içmək məsləhətdir. Bu, toksinlərin qana keçməsinin, zəhərlənmənin qarşısını alır. Lakin əgər artıq zəhərlənmə güclüdürsə, həkimə müraciət etmək məsləhətdir.скачать dle 11.3