Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Naxçıvan avtobusunun bilet qiymətləri AÇIQLANDI

16.07.2021 20:10 1 500
Bakı-Naxçıvan avtobusunun bilet qiymətləri AÇIQLANDI
Bakı-Naxçıvan-Bakı marşrutu ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50 faiz güzəşt olmaqla 15 manat təşkil edir.

Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn gediş bileti sifariş edə bilərsiniz.

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin nəzərinə çatdırılır ki, gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.скачать dle 11.3
Mojo.az Banner