Mojo.az Banner
18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Binəqədi və Abşeronun icra hakimiyyətindən ŞİKAYƏT: “Natəmizliyə göz yumulur” - FOTO

15.07.2021 14:36 1 734
Binəqədi və Abşeronun icra hakimiyyətindən ŞİKAYƏT: “Natəmizliyə göz yumulur” - FOTO
Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsinin sakinləri ətrafın zibilliklərdən təmizlənməməsindən şikayətçidir.

Sosial şəbəkədə yayılan görüntülərdə qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti bu natəmizliyə göz yumur. Belə ki, zibil qutuları boşaldılsa da, ətrafdakı zibillər təmizlənmir. Bu isə ətrafa çirkab sularının yayılmasına və xoşagəlməyən qoxunun yayılmasına səbəb olur.

Bundan əlavə Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinləri də eyni vəziyyətdən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, qəsəbənin girişində yerləşən zavodun ətrafında hər iki küçənin girişində vaxtlı-vaxtında təmizlənməyən zibil qutuları ətrafda natəmizliyin çoxalmasına səbəb olur.

Zibil qutuları boşaldısa belə, qutuların ətrafı təmizlənmir və bu natəmiz görüntü günü-gündən çoxalır.

скачать dle 11.3
Mojo.az Banner