Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məşhur şadlıq sarayı Nazirlər Kabinetinin qərarını heçə saydı - RƏSMİ

10.07.2021 14:33 1 554
Bakıda məşhur şadlıq sarayı Nazirlər Kabinetinin qərarını heçə saydı - RƏSMİ
9 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 2403/04 ünvanında fəaliyyət göstərən “Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin məkanda müvafiq portaldan (icaze.e-gov.az) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, şadlıq sarayında aparılan nəzarət tədbirləri zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyi aşkarlanıb. Bununla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.скачать dle 11.3
Mojo.az Banner