Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Aİ Azərbaycana münaqişə sonrası dövrdə yardım göstərməyə hazırdır

09.07.2021 11:35 1 335
Aİ Azərbaycana münaqişə sonrası dövrdə yardım göstərməyə hazırdır
Avropa İttifaqı bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistana yardım göstərməyə hazırdır.

TASS xəbər verir ki, bunu Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bəyan edib.

“Mən Azərbaycan rəsmiləri ilə Qarabağdakı postmünaqişə vəziyyətini və Aİ-nin necə yardım göstərə biləcəyini müzakirə etdim. Aİ münaqişə sonrası dövrdə uzunmüddətli sülhün bərqərar olması üçün yardım göstərməyə hazırdır”, - deyə o bildirib.

Komissarın sözlərinə görə, tərəflər mina xəritələrilə erməni məhbusların mübadiləsini həyata keçirməklə artıq bu istiqamətdə addımlar atıblar.

“Aİ bu mübadiləni alqışlayır. Biz həm maliyyə, həm də digər vasitələrlə bu addımların davamlı olması üçün yardım etməyə hazırıq. Bizim bölgənin bərpası məqsədilə göstərdiyimiz səylər hər iki tərəf üçün də şəffaf və əlçatandır”, - deyə Aİ rəsmisi əlavə edib.скачать dle 11.3
Mojo.az Banner