Mojo.az Banner
14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəb stadionunu kim satıb? - Bələdiyyə sədri tapılmır

08.07.2021 19:13 678
Məktəb stadionunu kim satıb? - Bələdiyyə sədri tapılmır
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançası satışa çıxarılıb. Söhbət 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılan 0,22 hektarlıq stadionundan gedir. Məktəbin ərazisinin hansısa vəzifəli şəxslər tərəfindən satışa çıxarıldığı bildirilir. Hətta ərazinin məktəbin balansından çıxarılması üçün saxta sənədləşmə işlərinin də aparıldığı deyilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayev məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını deyib:

"Həmin ərazi məktəbin balansındadır. Satılıb-satılmamasını dəqiqləşdirmək üçün kənd bələdiyyə rəhbəri axtarırıq, tapa bilmirik. Əməkdaşlarımızı məktəbə göndərmişik, həmin stadionun ərazisi ölçülür. Yəni, hazırda o işlə məşğuluq. Satılıb-satılmaması ilə bağlı dəqiq məlumat veriləcək”.скачать dle 11.3
Mojo.az Banner