Mojo.az Banner
13:53 Gəncədə Cümə məscidində təmir-bərpa işlərinə 1,6 milyon vəsait ayrıldı  |     13:50 Siyəzəndə sürücü sükan arxasında infarkt keçirdi, maşın kanala aşdı  |     13:22 Moped idarə edənlərin NƏZƏRİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq  |     13:08 47 yaşlı kişi bıcaqlandı: Qaynı saxlanıldı  |     12:57 Siyəzəndə 10-cu sinif şagirdinin meyiti tapılıb  |     12:46 Leyla Əliyeva "Woman Bazaar" festivalından paylaşım etdi - FOTO  |     12:32 Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı şok fakt: Dörd dəfə ad-soyadını dəyişib  |     12:16 Əfqanıstan təyyarələri Pakistanın hərbi obyektlərinə yeni zərbələr endirib  |     12:06 İsrail dünya hərb tarixində ilkə imza atdı - "Hizbullah"ı vurduqları "Dəmir şüa" nədir?  |     11:55 Yaxın Şərqdə hansı ölkələrin hava məkanı bağlı qalır?  |     11:48 İlqar Əliyevin cəzası azaldıldı  |     11:47 Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi  |     11:42 İranın ölkəmizdəki səfiri Azərbaycana təşəkkür etdi  |     11:25 Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib (FOTO)  |     11:22 Trampın İranın liderliyinə ÜÇ NAMİZƏDİ VAR  |     11:17 Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ  |     00:32 KİV: Xameneinin öldüyü təsdiqləndi  |     23:02 BMT-nin Baş katibi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa ÇAĞIRDI  |     22:57 İsrail-İran münaqişəsi fonunda Ərdoğandan XƏBƏRDARLIQ  |     22:50 Qızıl Aypara: İranın 24 vilayətinə endirilən zərbələr nəticəsində 200-dən çox insan həlak olub  |    
Left Banner
Right Banner

Sabahın hava proqnozu: Dənizdə suyun temperaturu 26 dərəcə olacaq

07.07.2021 17:11 1 449
Sabahın hava proqnozu: Dənizdə suyun temperaturu 26 dərəcə olacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

İyulun 8-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə iyulun 8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.скачать dle 11.3
Mojo.az Banner