Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda polis bölməsinin yeni inzibati binası istifadəyə verildi

02.07.2021 20:45 1 509
Azərbaycanda polis bölməsinin yeni inzibati binası istifadəyə verildi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin yeni inzibati binaları istifadəyə verilib.

DİN-dən verilən məlumata görə, hər iki tədbirdə belə müasir tikililərin ümumən vətəndaşlara, eyni zamanda daxili işlər orqanlarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu məmnunluqla qeyd edilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən vətəndaşların məmnunluğunun yüksək səviyyədə təmin edilməsi və onlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə inşa edilən yeni inzibati bina zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz olunub. Geniş dəhlizlərə və otaqlara malik iki mərtəbəli bu binada sənədlərin qəbulu və verilməsinin operativ qaydada təşkili üçün lazımi şərait yaradılıb.

Abşeron RPİ-nin Saray Polis Bölməsinin yeni istifadəyə verilən iki mərtəbəli inzibati binası da bura müraciət edəcək vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilib.

Yeni inzibati binada xidmət edəcək polis əməkdaşları da Saray qəsəbəsində sabitliyin, sakinlərin əmin-amanlığının qorunmasına, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmininə, vətəndaşların təhlükəsizliyinin, əmlaklarının cinayətkar qəsdlərdən qorunmasına öz töhfələrini verəcəklər.скачать dle 11.3
Mojo.az Banner