Mojo.az Banner
14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Son 6 ayda qeydə alınan doğum və nikahın sayı açıqlanıb

30.06.2021 21:31 867
Son 6 ayda qeydə alınan doğum və nikahın sayı açıqlanıb
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı əvvəlki dövrlə müqayisədə 14 faiz çoxalaraq 2 milyonu ötüb.

Bu barədə Ədliyyə Nazirliyində görülmüş işlərə və dövlət başçısının tapşırıqlarının icrasına həsr olunan kollegiya iclasında qeyd edilib.

Bildirilib ki, birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53 400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.

"Eyni zamanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 345 mindən çox icra sənədinin icrasının təmin edildiyi və 300 milyonadək vəsaitin ödətdirildiyi bildirilib.

Cari ildə həmçinin azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2 800-dən çox elektron qolbaq tətbiq edilib, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb", - kollegiyada vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner