Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İlan sancan şəxslərin sayı AÇIQLANDI - RƏSMİ

29.06.2021 13:43 783
İlan sancan şəxslərin sayı AÇIQLANDI - RƏSMİ
“Cari ay ərzində müraciətlərin çoxu ilan sancmaları ilə bağlıdır. Təkcə bu ay ərzində 16 nəfər ilan sancması ilə müraciət edib ki, onlardan da dörd nəfəri azyaşlıdır”.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, iyunun 1-dən bu günə qədər Bakıətrafı kəndlərlə yanaşı, regionlardan da ilan sancması ilə bağlı müraciətlər çox olub:

“Həkimlərimiz dörd dəfə qruplar halında rayonlara; Qəbələ, Tovuz, Qazaxa gedərək vətəndaşlara xidmət göstəriblər. İlan sancması ilə ağır vəziyyətə olan xəstələr olub ki, onlar həkim nəzarəti altında 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə gətiriblər.

Bununla yanaşı müraciətlər arasında dörd nəfər sirkə turşusundan zəhərlənmə ilə müraciət edib. Hazırda vəziyyətləri ağırdır. 12 nəfər allergik reaksiya ilə müraciət edib ki, onların da iki nəfəri azyaşlıdır. Daha 17 nəfər isə dərman zəhərlənməsi ilə müraciət edib. Cari ay ərzində müraciət edənlər arasında ölüm halı olmayıb”.

A.Maqsudov gürzə sancmasının daha çox Aran rayonlarından, Bərdə, Yevlax, Qəbələ, Qazax, Şamaxı, Şirvan, Hacıqabul rayonlarında çoxluq təşkil etdiyini qeyd edib.скачать dle 11.3
Mojo.az Banner