Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İki ay ərzində 97 miqrant Azərbaycana qayıdıb

22.06.2021 23:31 795
İki ay ərzində 97 miqrant Azərbaycana qayıdıb
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi cari ilin aprel-may aylarında könüllü olaraq mənşə ölkəsinə qayıdan 193 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı edib.

Nümayəndəlikdən ölkə.az verilən xəbərə görə, BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir.

2021-ci ilin aprel-may ayları ərzində Almaniyadan 88 nəfər, Çexiyadan 3 nəfər, İspaniyadan 3 nəfər, Niderland Krallığından 2 nəfər və Avstriyadan 1 nəfər olmaqla ümumilikdə 97 miqrant Azərbaycana qayıdıb.

Qeyd olunan dövr ərzində KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan 193 nəfərə reinteqrasiya yardımı, 65 nəfərə isə məsləhət xidməti göstərilib.

BMqT-nin Azərbaycan nümayəndəliyi 99 nəfərə nağd və 94 nəfərə qeyri-nağd şəkildə yardım edib. Qeyri-nağd şəkildə yardım çərçivəsində 21 şəxsə müvəqqəti mənzil təminatı, 16 şəxsə kiçik biznesin qurulması, 55 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 1 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat (qoyunçuluq, maldarlıq), xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir. Bu dəstəyin əsas məqsədi qayıdanların dayanıqlığını təmin etmək və beləliklə mənşə ölkələrinə könüllü qayıdan şəxslərin özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi kimi bərpa etmələrinə yardım etməkdir.

BMqT-nin KQYR layihələri daxilində qayıdanlara mikro-biznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil xərclərinin qarşılanması üzrə yardımlar göstərilir.скачать dle 11.3
Mojo.az Banner