Mədəniyyət Nazirliyinin sabiq xidmət rəisinin həbs müddəti uzadıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 "Omoniya"nın baş məşqçisi: "Nəticədən razı qaldım"  |     22:47 Netanyahu İsrailin Qəzza zolağına nəzarət etmək planı olmadığını deyib  |     22:43 Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb, saxlanılan var  |     22:30 ÜST: Qəzzada kəskin qida çatışmazlığı olan uşaqların sayı rekord həddə çatıb  |     22:24 Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsızlıq edilib? - DİN-dən açıqlama  |     22:07 KL: "Araz” evdə böyük hesabla məğlub olub  |     22:01 Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  |     21:43 Hakan Fidan: Suriya xalqının yanında olmağa davam edəcəyik  |     21:29 İlon Maskdan Azərbaycanla bağlı paylaşım - FOTO  |     21:25 Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb  |     21:17 ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək  |     21:09 Bakı "yamaq"dan qurtulur: Sovetin tozunda boğulan məhəllə tarix olur - VİDEO  |     20:53 Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkarlandı  |     20:48 BƏƏ Rusiya və Ukrayna arasında körpü rolunu oynamağa hazırdır  |     20:37 Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib  |     20:37 Aİ Ukraynada nizamlanma üçün Rusiyaya istənilən təzyiqi alqışlayır  |     20:31 Ombudsman Aparatı: Narkoloji Mərkəzin sahəsi kiçikdir, həkim sayı azdır  |     20:24 ABŞ əhalisi siyahıya alınacaq  |     20:19 ​​​​​​​Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq  |     20:11 21 yaşadək ən yaxşı gənc futbolçu adına namizədlər müəyyənləşib  |    

Mədəniyyət Nazirliyinin sabiq xidmət rəisinin həbs müddəti uzadıldı

Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, sabiq vəzifəli şəxs barəsində seçilən həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, mədəniyyət nazirinin müavini olmuş Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

R. Bayramova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Zakir Sultanovun cinayət işi istintaqın gedişatında ayrılaraq başqa icraata verilib.

Mədəniyyət nazirinin müavini olmuş Rafiq Bayramovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 563 21.06.21 14:32