Mojo.az Banner
20:23 Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi  |     20:14 Husilər Səudiyyə Ərəbistanındakı obyektlərə dronlarla hücum ediblər  |     19:26 Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI  |     19:16 Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb  |     19:01 Günəşdə ay ərzində ən güclü partlayış baş verib  |     18:54 Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxlayıb  |     18:46 İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI  |     18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |     18:21 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO  |     17:55 Banqladeşin yeni prezidenti bəlli oldu  |     17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsinin vaxtı məlum olub

15.06.2021 14:46 1 386
Azərbaycanda dələduzluqda ittiham edilən sabiq deputatın məhkəməsinin vaxtı məlum olub
Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq prosesi iyunun 17-nə təyin edilib.

Cinayət işi hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri məşhur iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.скачать dle 11.3
Mojo.az Banner