Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da qubernator vətəndaşlara səsləndi: “Yağış üçün dua edin”

08.06.2021 11:42 870
ABŞ-da qubernator vətəndaşlara səsləndi: “Yağış üçün dua edin”
ABŞ-ın Yuta ştatında quraqlıq səbəbindən qubernator Spenser Kox xalqı yağış duasına çağırıb.

“TRT Haber” məlumat verir ki, bir müddətdir güclü quraqlığın baş verdiyi ştat üçün qubernator videomüraciət edib:

“İlahi müdaxiləyə ehtiyacımız var. Artıq bütün yutalılardan uzun müddət duş qəbul etməmək, sızıntı olan kranları düzəltmək və az su tələb edən əkinçiliklə suya qənaət etmələrini istəmişəm. Ancaq qorxuram ki, bu səylər bizi qorumaq üçün yetərli olmayacaq. Daha çox yağışa ehtiyacımız var. İlahi müdaxiləyə ehtiyacımız var. Buna görə bütün inanclı Yuta sakinlərindən 4-6 iyun həftəsonu yağış üçün dua etməkdə mənə qoşulmalarını istəyirəm”.

O, mesajında ştatdakı quraqlığın əkinlərə və vəhşi təbiətə zərər verə biləcəyi və ölümcül yanğınlara şərait yaradacağı barədə xəbərdarlıq edib.

Qubernator bildirib ki, birlikdə dua edib Allahdan və ya inandığınız hər hansı ali gücdən daha çox yağış yağdıracağını istəsək, quraqlığın ölümcül ölçülərindən xilas ola bilərik.

Qeyd edək ki, Yuta ştatında ciddi yanğınlara səbəb olan şiddətli quraqlıq yaşanıb. Mayda ərazidə fövqəladə vəziyyət elan edilib.скачать dle 11.3
Mojo.az Banner