Mojo.az Banner
13:36 Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq  |     13:22 Polkovnik-leytenant 42 yaşında vəfat etdi  |     13:20 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     13:18 Lukaşenkoya maraqlı sürpriz edildi  |     12:58 Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - Video  |     12:53 Sosial şəbəkələrdə yayılan gözəllik tələsi: Mənşəyi bilinməyən üz kremlərinə aldanmayın - Video  |     12:51 Qarabağda həyat qaynayır: Azad edilən torpaqlardan əsrarəngiz görüntülər - VİDEO  |     12:43 Prezident təqaüdçüsü prestijli London İmperial Kollecinə qəbul olunub  |     12:33 Pentaqon İrana qarşı istifadə etdiyi "PrSM" raketlərinin alışını 10 dəfə artıracaq  |     12:28 Kart ödənişlərində komissiyalara limit qoyuldu  |     12:19 Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB  |     12:06 Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI  |     11:38 Neft kəskin bahalaşdı - Qiymət 100 dolları keçdi  |     11:30 Müdafiə Nazirliyinin külli miqdarda rüşvət almaqda ittiham edilən sabiq hissə rəisi ilə bağlı QƏRAR  |     23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |    
Left Banner
Right Banner

Ümumdünya Ətraf Mühit Günüdür - Azərbaycanda vəziyyət necədir?

05.06.2021 16:57 1 020
Ümumdünya Ətraf Mühit Günüdür - Azərbaycanda vəziyyət necədir?
5 iyun Ümumdünya Ətraf Mühit Günüdür.

Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub.

Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə mesaj vermişdilər.

Bu günün qeyd olunması 16 dekabr 1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.

Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb.

Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir. Builki Ümumdünya Ətraf Mühit Günü “Ekosistemin bərpası” mövzusuna həsr olunub və Birləşmiş Millətlər Təşkilatı “Ekosistemin Bərpasının On illiyini” elan edərək, sosial mediada #GenerationRestoration hərəkatını başladıb.

2021-ci il Ümumdünya Ətraf Mühit Günündən başlayaraq fərdlər, qruplar, hökumətlər, müəssisələr və təşkilatlar ekosistem deqradasiyasının qarşısını almaq və ya dayandırmaq, ekosistemi bərpa etmək və hamı üçün davamlı gələcəyi təmin etmək üçün qlobal bir hərəkatda qüvvələrini birləşdirə bilərlər.

Dünyanın köməyə ehtiyacı var. İqlimlə bağlı problemlər və qlobal istiləşmə, vəhşi təbiətin itirilməsi və ətraf mühitin çirklənməsi evimizi məhv etmək və bu gözəl planetimizi bizimlə bölüşən milyonlarla növün bir çoxunu yox etmək təhdidi yaradır. Ancaq müasir dünyada zərəri aradan qaldırmaq, dünyanı bərpa etmək üçün gücümüz və biliklərimiz var - Əgər indi hərəkət etsək!

Ekosistemlər yer üzündəki bütün canlı orqanizmləri, onların öz aralarındakı və ətraf mühit ilə olan qarşılıqlı əlaqələrini əhatə edir.

Bizlərə sabit bir iqlim və nəfəs ala bilməyimiz üçün təmiz hava, su, qida və hər növ material təchizatı, fəlakət və xəstəliklərdən qorunma kimi əvəzsiz faydalar verir.

Təbii ekosistemlər fiziki, zehni sağlamlığımız və şəxsiyyətimiz üçün vacibdir. Bunlar qiymətli vəhşi təbiətin vətənidir, çoxlarımız üçün heyrət və ilham mənbəyidirlər. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması ölkəmizdə də əsas prioritetlərdəndir.

Bu məsələlər bir sıra qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycanın Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəalarla öz əksini tapıb.

39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir.

SOCAR ölkəmizdə vüsət alan ekoloji hərəkatın liderlərindən biri kimi ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinə daim böyük diqqət göstərir.

Neft-qaz yataqlarında planlı və davamlı ekoloji tədqiqatlar aparılır, alınan nəticələr ümumiləşdirilir.

Müqayisə və təhlillər göstərir ki, SOCAR-ın dənizdə və quruda yerləşən fəaliyyət sahələrində ətraf mühitin keyfiyyət göstəricilərinin dəyişmə tendensiyası müsbət istiqamətdə davam edir.

Şirkət tərəfindən neft və neft məhsulları ilə çirklənmiş böyük sahədə ərazilər rekultivasiya olunaraq təmizlənib, yeni ağac və kol bitkiləri əkilərək yaşıllıqlar salınıb.

Ətraf mühitə təsir edən əsas amillərdən biri də hasilat zamanı formalaşan səmt qazı tullantılarıdır.

SOCAR Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilatı prosesində yandırılmanın sıfıra endirilməsi” təşəbbüsünə qoşulub.

Belə ki, şirkət artıq səmt qazı atqılarını 2 faizə endirib, 2022-ci ildə bu növ emissiyaları sıfıra endirməyi hədəfləyir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Paris İqlim Sazişini imzalamış ölkələr sırasındadır. SOCAR bu sənədə əsaslanaraq əsas ekoloji göstərici olaraq “sıfır tullantı” prinsipini qəbul edib və Paris İqlim Sazişinin öhdəliklərini icra etmək qərara alınıb.

Ətraf mühitin mühafizəsi istiqamətində SOCAR daim müxtəlif tədbirlər görür və yeni layihələr hazırlayır. “Hədəf Sıfır” (Vision Zero) layihəsinin də hazırlanması uğurla davam etməkdədir. Azərbaycanın neft sənayesində fəaliyyət göstərən xarici tərəfdaşlar da ətraf mühitin qorunması layihələrində SOCAR-la birlikdə effektiv fəaliyyət göstərirlər.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə hamımızı birləşdirən ortaq dəyərlərimiz olmalı və bu dəyərləri qorumalı olduğumuzu unutmamalıyıq. Yaşadığımız mühitə birlikdə dəyər verib, təbiətimizi-evimiz kimi qəbul edib, ona qayğı ilə yanaşaraq bu günün və gələcək nəsillərin daha sağlam, təmiz və yaşıl ətraf mühitdə yaşamaları üçün əlimizdən gələni etməliyik.скачать dle 11.3
Mojo.az Banner