Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda bəzi silahların gəzdirilməsinə icazə verilir

04.06.2021 17:24 909
Gürcüstanda bəzi silahların gəzdirilməsinə icazə verilir
Gürcüstanın “Silah haqqında” Qanununa düzəlişlər layihəsi hazırlanıb.

Silah dövriyyəsinin məhdudlaşdırılmasını nəzərdə tutan layihə ölkə parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində müzakirə olunub.

Qanuna qazla işləyən və səsli (akustik) silahın daşınması qaydalarını tənzimləyən yeni maddə əlavə edilib.

Maddəyə əsasən, qazlı silah müdafiə üçün nəzərdə tutulduğundan onu daşımağa icazə veriləcək, lakin açıq şəkildə gəzdirilməsi və ictimaiyyət qarşısında nümayişi qadağan olacaq.

Akustik silaha gəlincə, ondan istifadə konkret məqsədlər üçün - teatr, film və televiziya tamaşalarının nümayişləri, tarixi rekonstruksiyalar, parad və idman tədbirlərində icazəli olacaq. Fiziki şəxsə bu cür silahı daşımaq qanunla qadağan ediləcək.

Sənəd baxılması üçün qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinə təqdim olunub.

Qeyd edək ki, qonşu ölkədə bu vaxta qədər yalnız publik hüquqi şəxslərə qazla işləyən silah gəzdirməyə icazə verilirdi.скачать dle 11.3
Mojo.az Banner