Mojo.az Banner
22:59 Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEO  |     22:54 Bakıda 2 park birləşdirilir - VİDEO  |     22:53 Zaur Kamal yenidən efirə qayıdır - Özü paylaşım etdi  |     22:51 Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı  |     22:46 Xaricdə törədilən cinayətlərlə bağlı məhkəmə qaydası dəyişə bilər  |     22:38 Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur  |     22:31 Astrologiyaya görə ən qıcıq insanların doğulduğu aylar  |     22:27 Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO  |     22:15 Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO  |     22:06 10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır - VİDEO  |     22:00 "Şəkili Pərviz" həbs olundu  |     21:56 Güclü külək toy çadırını uçurtdu -VİDEO  |     21:46 Səyahət sevənlər üçün ən populyar ölkələr açıqlanıb  |     21:39 Pişiklər insanların kədərini necə hiss edə bilirlər?  |     21:26 Satışlar ikiqat artdı: Çin avtomobilləri Avropada rekordlar qırır  |     21:21 Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...  |     21:16 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video  |     21:09 İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu  |     21:00 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb  |     20:47 Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA  |    
Left Banner
Right Banner

İyunda 41 dərəcə isti olacaq

31.05.2021 19:25 795
İyunda 41 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayına olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 9-12 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 34-39 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-35 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 86-130 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 46-63 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-179 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24, gündüzlər 28-33, bəzi günlərdə 36-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 12-49 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-47 mm) olacaq.скачать dle 11.3
Mojo.az Banner