Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni kansler və Almaniyanın Bakı ilə İrəvana yönəlik siyasəti - AÇIQLAMA

31.05.2021 17:11 1 350
Yeni kansler və Almaniyanın Bakı ilə İrəvana yönəlik siyasəti - AÇIQLAMA
2021-ci ilin 26 sentyabrında Almaniya Bundestaqına növbəti seçkilər keçiriləcək və bunun ardınca hökumətin yeni tərkibi müəyyənləşəcək.

Politoloq, yazıçı, Almaniyada dərc olunan “World Economy” internet jurnalının baş redaktoru, Beynəlxalq Mədəni İrs Akademiyasının professoru, Hamburqdakı Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun dosenti Aleksandr Sosnovski Caliber.az-a verdiyi açıqlamada Bundestaqa keçiriləcək seçkilərdən sonra Almaniyanın postsovet ölkələrinə münasibətdə siyasətini nə qədər dəyişəcəyi ehtimalının olmasına toxunub.

A.Sosnovski qeyd edib ki, əgər Almaniyanın kansleri Armin Laşet və yaxud Olaf Şols olarsa o zaman Almaniyanın xarici siyasəti praktik olaraq dəyişməyəcək və hər şey son bir neçə ildə olduğu kimi davam edəcək.

“Əgər kansler Annalena Berbok olarsa, əminliklə demək olar ki, “Yaşıllar” partiyası ilə çox yaxın olan münasibətləri olan ABŞ-ın Demokrat partiyası Almaniyada hakimiyyətə gələcək. Annalena Berbokun siyasi kredosu eynilə ABŞ-ın Demokrat partiyasının şüarlarından ibarətdir. Bu vəziyyətdə istər Ukrayna məsələsində, istərsə də Qafqaza münasibətdə çox ciddi dəyişikliklərin olması mümkündür. A.Berbokun Türkiyəyə münasibətdə mövqeyi sərtləşəcək və bu da Berlinin Azərbaycan və Ermənistana olan yanaşmasına təsir göstərəcək. A.Berbokun rəhbərliyi altında Almaniyanın xarici siyasətindəki üstünlük Bakını dəstəkləyən Türkiyəyə və Azərbaycana deyil, Ermənistanın lehinə olacaq. Almaniyanın “Yaşıllar” partiyası ənənəvi olaraq Türkiyə hökumətinə və Türkiyənin siyasətinə qarşı kritik münasibət bəsləyir. Ancaq Laşet və ya Şols qalib gələrsə, bayaq dediyim kimi, Cənubi Qafqaz məsələsi də daxil olmaqla Almaniya siyasətində ciddi dəyişiklik gözləməyə dəyməz”.скачать dle 11.3
Mojo.az Banner