Mojo.az Banner
23:04 Ronaldo buna görə matça çıxmaqdan imtina etdi  |     22:57 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:57 Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu  |     22:50 Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     22:45 Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi  |     22:44 ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib  |     22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |     21:10 Bakıda təhsil ocağında daha bir hadisə - Şagird yıxılıb xəstəxanalıq oldu  |     21:01 Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu  |     20:56 Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib  |     20:39 Qazaxıstanda 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib  |     20:31 Sinif otağında silah – Problem haradan başlayır?  |     20:21 Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi  |     20:19 Ermənistanda parlament seçkisinin tarixi açıqlandı  |     20:10 Yeni sədr kimdir? - Dosye  |     20:03 Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi  |    
Left Banner
Right Banner

“Vətəndaş” tipli “Asan İmza” xidməti tamamilə ödənişsiz təqdim ediləcək

31.05.2021 15:23 1 203
“Vətəndaş” tipli “Asan İmza” xidməti tamamilə ödənişsiz təqdim ediləcək
“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir.

Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, üç il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə qərar qəbul etmişdir. Xatırladaq ki, bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 AZN təşkil edib.

Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal transformasiyası sahəsindəki təşəbbüslərini hərtərəfli dəstəkləmək və Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş əlyetərlik imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə birlikdə sosial məsuliyyət təşəbbüsü irəli sürərək, 2021-ci ilin iyul ayından pandemiya dövrü müddətində “Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqını ləğv etməyə qərar verib.

Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. Siz “Asan İmza” xidmətini mövcud olan mobil nömrənizdə də aktivləşdirə bilərsiniz, bu zaman nömrə əldə etməyə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaqdır.

Artıq istifadəçilər “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə etmək və Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1 000-dən çox elektron xidmətdən yararlanmaq və beləliklə də fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar. Vətəndaşlar – onlayn rejimdə bank hesabının açılması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetinin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi kimi önəmli xidmətlərdən istifadə edə bilərlər.

Bir daha qeyd edək ki, “Asan İmza” Azərbaycan Respublikası qanunvericiliynə əsasən əl imzasına bərabərdir. Unutmayın ki, “Asan İmza” SİM kartınızı və PİN kodlarınızı heç kimə verməməli və onları əlçatan yerdə saxlamamalısınız.

Xatırladaq ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.

Vətəndaşlar, “1847" Asan İmza Çağrı Mərkəzinə zəng edərək və ya info@asanimza.az elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.скачать dle 11.3