Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Tərtər icra başçısı ilə vətəndaşlar arasındakı narazılıqla bağlı açıqlama - VİDEO

31.05.2021 12:32 1 617
Tərtər icra başçısı ilə vətəndaşlar arasındakı narazılıqla bağlı açıqlama - VİDEO
Tərtər Rayon İcra Hakimiyyəti vətəndaşlarla icra başçısı Müstəqim Məmmədov arasında yaranmış narazılıqla bağlı məsələyə aydınlıq gətirib.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən uzunluğu 48 kilometr olan dördzolaqlı Bərdə-Ağdam avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qiymətləndirmə şirkətinin əməkdaşları ilə birlikdə siyahıyaalma işləri aparıb. Bu zaman müəyyən olunub ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur ki, onlara qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür.

“Layihənin əhəmiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq avtomobil yolunun tikintisi altına düşən və kompensasiya ödənilməyən həmin obyektlərin tikinti zolağından uzaqlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 5 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olub. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Bu isə sahibkarların etirazına səbəb olub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı “4 yol” adlanan ərazidə olub, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən telefonla çəkiliş etməyə başlayıblar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikləri üçün onlara çəkiliş etməyə icazə verilməyib. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq, icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirib ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür”, - deyə məlumatda qeyd edilib.

* * ** *

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.


Bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib.

Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.

Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü lentə almaq istəsə də, o, telefonların yığışdırılması barədə göstəriş verir.скачать dle 11.3
Mojo.az Banner