Mojo.az Banner
17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

“Google” kvant kompüteri hazırlayacaq

27.05.2021 23:46 1 230
“Google” kvant kompüteri hazırlayacaq
"Google" şirkəti kvant kompüterinin hazırlanmasına milyardlarla dollar vəsait yatıracaq. Bu haqda "The Wall Street Journal" nəşri məlumat verib.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, korporasiyanın nümayəndələri 2029-cu ilədək kommersiya kvant kompüterinin hazırlanması üzərində işləri başa çatdırmaq niyyətində olduqlarını bildiriblər. "Google" sözügedən kompüterin üzərində işləmək üçün Santa-Barbarada "Quantum AI" adlı yeni kampus açıb. Burada kvant məlumatlar mərkəzi, avadanlıqların tədqiqi laboratoriyası və kvant prosessorları mikrosxemlərinin istehsalı üçün müəssisələr yerləşir.

Korporasiyanın yeni texnologiyanın hazırlanmasına və inkişafına "bir neçə milyard dollar" investisiya yatırmaq niyyətində olduğu jurnalistlərə məlum olub. Şirkətin nümayəndələri investisiyalara qoyulmuş xərcin çıxarılacağına əmindirlər, çünki yeni qurğu müasir kompüterin 10 min ilə yerinə yetirəcəyi hesablamalara 3 dəqiqə yarım vaxt sərf edir.

Kvant kompüteri adi kompüterdən onunla fərqlənir ki, informasiyanı kubitlərdə emal edir və saxlayır. Kubitlər, həmçinin vahid və sıfırlardan ibarətdir, amma yalnız bu qiymətlərlə məhdudlaşmır. Hazırda "Google" şirkəti 100 kubitə əsaslanan sistemlərə malikdir.скачать dle 11.3
Mojo.az Banner