Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda evə basqın edən qadınlar saxlanıldı - VİDEO

27.05.2021 13:46 2 382
Bakıda evə basqın edən qadınlar saxlanıldı - VİDEO
Bakıda evə basqın edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş DİN-in "102" Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində evinə daxil olan 2 nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb. Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.

Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus "Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Səma Əsədova və Dilək İbrahimovanın paytaxt ərazisində törətdikləri cinayətlərin sayının artacağı istisna olunmur.скачать dle 11.3
Mojo.az Banner