Mojo.az Banner
20:54 Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər  |     20:49 Sumqayıtda iki mağazanı yarmaqda təqsirləndirilən şəxsə hökm oxundu  |     20:40 AYNA-dan xəbərdarlıq: "Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir"  |     20:35 Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib  |     20:28 CENTCOM: İranın proksi qruplarına silah tədarükü yolları kəsilib  |     20:20 Türkiyədə təcavüzə məruz qalan tələbədən dəhşətli əməl - Müəllim həbs edildi  |     20:13 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     20:06 Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir - FOTO - VİDEO  |     19:59 Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO  |     19:51 Əli Əsədov QƏRAR İMZALADI  |     19:44 İsraildə Avroviziya iştirakçılarının çıxışı lağa qoyuldu - FOTO  |     19:38 Yaşı 26-ya qədər olan bu şəxslərin NƏZƏRİNƏ  |     19:21 Fransada ziyafət zamanı döşəmə çökdü: Kino ulduzları təxliyə olundular  |     19:14 "Qiyamət günü" radiostansiyasından yeni maraqlı mesaj  |     19:10 Sabahla bağlı XƏBƏRDARLIQ - DİQQƏTLİ OLUN  |     18:55 Gəncədə 15 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçıb  |     18:30 Nikol Paşinyan Samvel Karapetyanı məhkəməyə verdi  |     18:22 Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb  |     18:16 Sürücülərin NƏZƏRİNƏ: Sabahdan xüsusi hərəkət zolaqları qüvvəyə minir  |     17:58 Pensiya artımı ilə bağlı müjdəli AÇIQLAMA  |    
Left Banner
Right Banner

Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbulu proseduru müəyyənləşib

26.05.2021 23:14 774
Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbulu proseduru müəyyənləşib
Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və reabilitasiya tədbirlərinin həyata keçirilməsi proseduru müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, əlilliyi olan şəxslərə Fərdi Reabilitasiya Proqramı əsasında göstərilən reabilitasiya xidmətlərinin uçotu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsistemi vasitəsilə aparılır. Müəssisəyə qəbula ən azı 2 iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir. Əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində qalma müddəti Fərdi Reabilitasiya Proqramına əsasən reabilitasiya tədbirlərinin növü, xarakteri və həcmindən asılı olaraq müəyyən olunur.

Reabilitasiya müəssisəsinə əlilliyi olan şəxslərin qəbul edilməsinə əks göstərişlər aşağıdakılardır:

- xəstəliyin xüsusi stasionar müalicə tələb edən kəskinləşmə və yarımkəskin mərhələsi;

- stasionarda müalicə tələb edən tez-tez kəskinləşməyə və dekompensasiyaya, residivə meylli ruhi xəstəliklər;

- fəal fazada bədxassəli şişlər;

- müxtəlif mənşəli kaxeksiyalar;

- geniş trofik və yataq yaraları;

- irinli-nekrotik xəstəliklər;

- yoluxucu və zöhrəvi xəstəliklər.

Qeyd olunan nəzərdə tutulmuş əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsinə qəbulu zamanı aşkar edildikdə əlilliyi olan şəxs reabilitasiya müəssisəsinə qəbul edilmir. Həmin əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində olduğu vaxt aşkar edildiyi hallarda əlilliyi olan şəxsə reabilitasiya xidmətlərinin göstərilməsi dayandırılır. Bu hallarda əlilliyi olan şəxs reabilitasiya müəssisəsi tərəfindən müvafiq tibb müəssisəsinə göndərilir.

Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat reabilitasiya müəssisəsi tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyasına təqdim edilir.скачать dle 11.3
Mojo.az Banner