Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqifin məqbərəsinin bərpasına xarici mütəxəssislər cəlb ediləcək - RƏSMİ

21.05.2021 11:50 1 476
Vaqifin məqbərəsinin bərpasına xarici mütəxəssislər cəlb ediləcək - RƏSMİ
“Bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi də nəzərdə tutulur”.

Bu barədə Mədəniyyət naziri Anar Kərimov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türk dünyası təşkilatları da bu tədbirlərə dəstək vermək, yaxından iştirak etmək istəyirlər:

“Şuşa ilə bağlı çox əhəmiyyətli bir təklif ICESCO-dan gəldi. Təşkilatın rəhbərinin bu ilin yanvar ayında ölkəmizə səfəri zamanı Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi təklif olundu. Eyni zamanda, TÜRKSOY təşkilatı Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini təklif etdi. Bu da Türk-İslam dünyasının qədim Şuşa şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir”.

A.Kərimov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə Şuşadan başlanılıb:

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilin əvvəlindən artıq üç dəfə Şuşa şəhərində olublar. Bu səfərlər Şuşada aparılacaq mədəni quruculuq işlərinə ölkə rəhbərliyinin həssas münasibətini göstərir. Şəhərdə bir sıra tarix-mədəniyyət abidələrinin bərpası prosesi gedir.

Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq. Onu da əlavə edim ki, bərpa prosesində xarici mütəxəssislərin təcrübəsindən də istifadə ediləcək. Bir sıra ölkələrin bu sahədə fəaliyyət göstərən şirkətlərinin də işlərə cəlb edilməsi nəzərdə tutulur”.скачать dle 11.3
Mojo.az Banner