Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq verildi

20.05.2021 14:08 1 617
Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ötən dövründə 528 əlilliyi olan şəxsi təkərli oturacaqla təmin edib.

Nazirlik tərəfindən bu ilin mart ayında ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Ötən iki ayda əlilliyi olan şəxslərə 71 mühərrikli təkərli oturacaq verilib və hazırda proses davam edir.

Türkiyənin “Wollex” sirkətinin istehsalı olan həmin təkərli oturacaqlar mühərrik əsasında işləyir, standartlar daxilində 12 dərəcəli eniş zamanı hərəkət edə bilirlər. Jostiklə idarə edilirlər, jostik üzərində pasiyentin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq düyməsi, beşpilləli sürət səviyyəsini tənzimləmə düyməsi yerləşir.

Enerji ilə tam təmin olunduqda 20 kilometr məsafə qət edir. Əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı verir.

Ümumilikdə isə Nazirlik tərəfindən bu ilin əvvəlindən 528 əlilliyi olan şəxs təkərli oturacaqla təmin edilib.скачать dle 11.3
Mojo.az Banner