18 minə yaxın şagird imtahan verəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:22 Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb  |     12:20 Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb  |     12:19 "Real" 16 yaşlı futbolçunu transfer edəcək  |     12:19 Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib  |     12:19 Dünya bazarlarında neft ucuzlaşıb  |     12:17 Rusiya şəhərinin meri rüşvət almaqda şübhəli bilinərək SAXLANILDI  |     12:16 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"  |     12:14 Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıb  |     12:13 Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı QƏRAR  |     12:12 Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir  |     12:11 Abituriyentlərin NƏZƏRİNƏ: İkinci cəhd imtahanı ilə bağlı qeydiyyatın vaxtı UZADILDI  |     12:03 Baxıcı kimi fəaliyyət göstərən qadın həbs edildi: İLGİNC RİTUALLAR EDİRMİŞ (FOTO)  |     11:53 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar  |     11:44 Naxçıvanda eyni dönərxanada son 20 gündə ikinci KÜTLƏVİ ZƏHƏRLƏNMƏ (Yenilənib)  |     11:42 Gəncədə baş verən qətl hadisəsinin GÖRÜNTÜLƏRİ YAYILDI (Video)  |     11:39 Kabil susuz qalan ilk şəhər ola bilər  |     11:28 Alman polisinə yeni silah növü veriləcək  |     11:11 Azərbaycana gətirilən "Barilla" makaronları yararsızdır?  |     23:01 Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi  |     22:55 Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu - VİDEO  |    

18 minə yaxın şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il mayın 20-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Xatırladaq ki, hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

İmtahan 45 dəqiqə müddətində aparılır.

İmtahanda ümumilikdə 17987 (Bakıda 11844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1690 nəzarətçi-müəllim ayrılıb, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 842 17.05.21 11:15