Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib

15.05.2021 17:01 1 728
Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib
Azərbaycanın mədəniyyət paytaxtı, qədim mədəniyyət beşiyi olan Şuşanın əsrarəngiz Cıdır düzündə 32 ildən sonra ilk dəfə “Xarıbülbül” musiqi festival keçirilib. 12-13 may tarixlərində keçirilmiş festival Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub.

Festivalın açılış mərasimində çıxış edən prezident Əliyev tədbirin olduqca böyük əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycan xalqının bu günü 30 ilə yaxın səbrsizliklə gözlədiyini deyib, nəhayət, bunun xalqın ötən payızda baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıq sayəsində mümkün olduğunu söyləyib. Prezident bildirib ki, Azərbaycan xalqı məhz bu fədakarlıq nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarını azad edib və azad olunmuş torpaqlar sırasında Şuşa şəhəri də var.

“Bu, hamımızın qələbəsidir”, - deyə dövlət başçısı bildirib. Daha sonra o, Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəman azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Festival Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu nümayiş etdirir. Çünki tədbirdə Azərbaycanda yaşayan bütün xalqlardan olan sənət adamları iştirak edirlər.

“Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır”, - deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib: “Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

Əliyev Şuşanın tarixindən də danışıb. “Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar”, - deyə o, bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətinin Ermənistan tərəfindən dağıdılmış bu beşiyində artıq yenidənqurma prosesinə başlanılıb.

Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festivalın birinci günündə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Bu, “Azərbaycan musiqisində multikulturalizm” şüarı ilə baş tutub.

Daha sonra Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi görkəmli Azərbaycan sənətkarlarının unudulmaz ifaları nümayiş olunub.

Festivalın ilk gününə xalq artisti Polad Bülbüloğlu öz bəstəsi olan “Azərbaycan - odlar yurdum” və “Şən Azərbaycan” mahnılarını ifa edərək yekun vurub.

Festival çərçivəsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Əbədi imzalar” adlı layihə də təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri ilk dəfə olaraq blok şəklində dərc edilib. Bu topluya daxil edilmiş bir çox əsər ilk dəfədir ki, işıq üzü görür. Bu işlərin icrası ilə layihəyə Heydər Əliyev Fondu tərəfindən cəlb edilmiş mütəxəssislər məşğul olub.

Topluya Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun musiqi əsərləri də daxildir. Bu toplu Azərbaycan musiqi ənənələrini, Azərbaycan bəstəkarlarının əsərlərini qorumaq və yeni nəsillər üçün təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. “Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarların əsərlərinin də təqdim olunması nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner