Mojo.az Banner
12:07 Ermənistanın keçmiş naziri həbs edildi  |     11:59 Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO (Yenilənib)  |     11:43 Qızıl ucuzlaşmaqda davam edir  |     11:42 Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM  |     11:41 Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR (Yenilənib)  |     11:39 Azərbaycanda zəlzələ olub  |     11:39 "Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etdi  |     11:34 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar  |     11:30 Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı  |     11:27 "Qarabağ" və "Zirə"nin futbolçuları Mozambik millisinə çağırıldılar  |     11:14 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı  |     23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |    
Left Banner
Right Banner

Bakıda külək binanın dam örtüyünü uçurub

10.05.2021 19:32 1 380
Bakıda külək binanın dam örtüyünü uçurub
Ötən gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nununla bağlı paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli binanın dam örtüyündə peyk antenasının qopub asılı vəziyyətdə qalaraq, düşmə təhlükəsinin yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və antenanın ərazidən kənarlaşdırılması təmin olunub.

Bundan əlavə, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünün qoparaq yerə tökülməsi və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə ünvanına cəlb olunan FHN XRXX-nin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüb və ərazini təhlükəsizlik lenti ilə çəpərləyiblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edib.скачать dle 11.3
Mojo.az Banner