Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərindən danışıb

06.05.2021 13:57 951
Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərindən danışıb
Moskvanın və Ankaranın fikirləri bəzi məsələlərdə üst-üstə düşməyə bilər, buna baxmayaraq Türkiyə bölgənin ən əhəmiyyətli oyunçularından biri olan Rusiya ilə dialoqu açıq saxlamalı və qarşılıqlı münasibətlərə davam etdirilməlidir.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Biz Rusiya ilə işgüzar münasibətlər qurmağa çalışırıq. Bəzi regional məsələlərdə Rusiya əsas oyunçudur. Eyni zamanda müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu o demək deyil ki, bütün mövzularda eyni fikirdəyik. Ancaq açıq danışmaq iqtidarındayıq. Dialoq kanallarını açıq saxlamaq vacibdir”, - deyə qurum rəhbəri bildirib.

“Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə Rusiya ilə əməkdaşlıq edirik, amma lazım olduqda sarsılmaz qalırıq”, - deyə nazir vurğulayıb.

O, Rusiya ilə dialoqun regional və beynəlxalq sabitliyə töhfə verməli olduğunu qeyd edib.

“Suriya buna bir nümunədir. Aydındır ki, fikirlərimiz bir-birindən fərqlənir, buna baxmayaraq birlikdə işləmə yollarını tapdıq. Nəticələrdən biri isə - Konstitusiya komitəsi - BMT-nin 2254 saylı qətnaməsinin yeganə işləmə mexanizmidir”, - deyə o, əlavə edib.скачать dle 11.3

Son xəbərlər