Mojo.az Banner
12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...

04.05.2021 23:29 1 812
Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında müğənni Aslan Hüseynovun idarə etdiyi "BMW” markalı avtomobil qarşıda hərəkət edən "Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 53 yaşlı ifaçı həlak olub. 

Aslan Hüseynovdan başqa da avtoqəza nəticəsində həlak olan məşhur şou-biznes nümayəndələri, incəsənət nümayəndələri olub.

Bənzərsiz səsə malik olmuş xanəndə Səxavət Məmmədov da avtoqəzada dünyasını dəyişib. Məşhur muğam ifaçısı Firuz Səxavətin qardaşı olan Səxavət Məmmədovun ölümünə səbəb olan qəza 1991-ci il sentyabrın 30-da Şirvan rayonu ərazisində baş verib. 37 yaşında dünyasını dəyişən xanəndənin qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmamışdı. Ağdamın Abdal-Gülablı kəndindən olan ifaçının üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Tanınmış reper Hüseyn Dərya da avtoqəza nəticəsində ölən məşhurlardandır. Onun ölümünə səbəb olan qəza 2014-cü ilin martında qeydə alınıb. Bakının Xəzər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı Hüseyn Dəryanın idarə etdiyi "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "Kamaz" markalı maşına çırpılıb. Qəza nəticəsində kəllə-beyin travması alan reper, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O, bir gün sonra yerləşdirildiyi xəstaxanada dünyasını dəyişib.

"Geri dön", "Sevgi qatarı" kimi mahnıları ilə tanınan müğənni Şəfa Hüseynova da avtoqəza nəticəsində həyatla erkən vidalaşıb. Onun ölümünə səbəb olan qəza 2005-ci ilin dekabrında baş verib. Maraqlıdır ki, Şəfanın içində olduğu avtomobil də "Kamaz"a çırpılıb. Saatlıdan Bakıda qayıdarkən baş verən qəza nəticəsində müğənninin anası vəfat edib, Şəfa isə üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Qəzada yaralanan Şəfanın qardaşı Səxavət isə 46 gün komada qaldıqdan sonra ayılıb. Avtomobili idarə edən sürücü də qəza nəticəsində sağ qalıb. 

Vaxtı ilə "Maşın gəlir, qabağa baxım, sağa baxım?...” qafiyəsini tutan meyxanaçı Bayram Kürdəxanlı da yol-nəqliyyat hadisəsi zamanı ölüb. Onun ölümünə səbəb olan qəza 2017-ci ilin avqustunda baş verib. Belə ki, meyxanaçı Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, 55 yaşlı söz xiridarının həyatını xilas etmək mümkün olmayıb.  

Avtoqəza nəticəsində həlak olan digər meyxanaçı isə Nizami Rəmzidir. Meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuş Nizami Rəmzinin ölümünə səbəb olan qəza 1997-ci ilin yanvarında baş verib. Söz xiridarı məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu. Bu zaman meyxanaçının 49 yaşı var idi.

"Yeni Ulduz-2" yarışmasında məşhurlaşan gənc müğənni Rəcəb Musayev də avtomobil qəzasında dünyasını dəyişib. Onun ölümünə səbəb olan qəza 2011-ci ilin yanvarında baş verib.

Belə ki, ifaçı həmin ilin yanvarın 8-i axşam saatlarında Kürdəxanaı-Ləhic bağları istiqamətində hərəkət edən zaman idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
"Yeni Ulduz" layihəsi nəticəsində tanınan müğənni Leyla Ağamalıyeva da avtoqəzada ölüb. Hadisə 2009-cu ilin avqustunda baş verib. Leyla da Rəcəb kimi idarə etdiyi "Chevrolet" markalı avtomobili aşırmışdı. Nəticədə Ukrayna vətəndaşı olan ifaçı hadisə yerində dünaysını dəyişmişdi. скачать dle 11.3
Mojo.az Banner