Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Reza Deqati Şuşanın işğalından bir neçə gün öncə çəkilmiş şəkli paylaşıb - FOTO

03.05.2021 23:02 987
Reza Deqati Şuşanın işğalından bir neçə gün öncə çəkilmiş şəkli paylaşıb - FOTO
Dünyaca məşhur Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati vaxtilə Şuşada çəkdiyi bir fotonu paylaşıb.

Məşhur fotoqraf öz “Facebook” səhifəsində fotonun tarixçəsi və o günlər barəsindəki xatirələrini yazıb:

“Şuşa 1992.

Şuşadakı son jurnalist idim. Rusiyanın hərbi yardımı və ağır texnika vasitəsilə erməni qüvvələrinin mühasirəyə aldıqları şəhəri onun işğalından bir az əvvəl tərk etməli idim.

Birinci Qarabağ müharibəsini işıqlandırdıqdan sonra başa düşdüm ki, Azərbaycanın həqiqi peşəkar ordusu yox idi, döyüşçülərin çoxu könüllü və ya polis idi. Mülki şəxslər də Qarabağı qorumaq üçün birləşmişdilər. Vəziyyət çox gərgin və tələfatlar çox yüksək olsa da, öz daimi işlərini tərk edən və Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin yüksək ruhu məni heyrətləndirirdi. Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka atəş nəticəsində məhv oldu, lakin yayı qaldı və həmin skripkaçı öz "Kalaşnikov"undan istifadə edərək bəzi melodiyalar ifa etdi. Azərbaycanlılar çox yaxşı musiqiçidirlər. Mən Parisə qayıtdım və Qarabağda çəkdiyim şəkillərimi azərbaycanlıların davam etməkdə olan faciəsinə, bir milyon qaçqının mövcudluğuna, minlərlə mülki şəxsin qətlə yetirilməsinə göz yummağa qərar verən media üçün gətirdim”, - deyə R.Deqati qeyd edib.скачать dle 11.3
Mojo.az Banner