Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var |
Mojo.az Avto
Mojo.az Avto

Bədii gimnastlarımız Polşada üç medal qazanıblar

03.05.2021 21:33 1 608
Bədii gimnastlarımız Polşada üç medal qazanıblar
Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə “İrina Cup” beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi Kamilla Seyidzadə, Alina Məmmədova, Məryəm Əliyeva, Gövhər İbrahimova, Aydan Rəhimova və Şəms Ağahüseynova təmsil ediblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, təmsilçilərimiz bu yarışdan Vətənə 1 gümüş və 2 bürünc medalla dönüblər.

Gənclər arasında yarışan K.Seyidzadə lentlə final çıxışına görə, gümüş medala layiq görülüb. 2009-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən G.İbrahimova çoxnövçülükdə bürünc medal qazanıb. Ş.Ağahüseynova isə 2010-cu il təvəllüdlülər arasında çoxnövçülük yarışlarında üçüncü olub.

2009-cu il təvəllüdlü idmançılar arasında yarışan M.Əliyeva medalın bir addımlığında dayanaraq, çoxnövçülükdə dördüncü olub. Onunla eyni yaş qrupunda mübarizə aparan A.Rəhimova isə həmin proqram üzrə 7-ci olub.

Gənclər arasında iştirak etmiş daha bir gimnastımız A.Məmmədova isə ən yaxşı nəticəni top və gürzlərlə göstərərək, hər iki çıxış proqramı üzrə finalda 6-cı olub.

Son xəbərlər