17:50 Heyvan bazarları bağlandı - Ət qıtlığı olacaq?  |     17:45 Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi  |     17:40 Küləkli hava ilə bağlı - Xəbərdarlıq  |     17:19 Bəzi çaylardan sel keçəcək  |     17:09 "Sputnik Azərbaycan"ın baş redaktoru azadlığa buraxıldıqdan sonra BAKINI TƏRK EDİB - Zaxarova AÇIQLADI  |     16:57 Xarici ölkədə qanunsuz silahlı birləşməyə qoşulan şəxs yeddi il azadlıqdan məhrum edilib  |     16:46 Ana Vətən Partiyasının qurultayındakı qalmaqalın VİDEOSU  |     16:45 Kamçatkada zəlzələ baş verib  |     16:34 Ötən gün axtarışda olan 136 nəfər saxlanıldı  |     16:12 Mobil telefonlar bahalaşacaq - Video  |     16:01 Rusiyanın Belqorod su anbarının bəndi ciddi zədələndi: Təxliyə elan edildi  |     15:50 Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu  |     15:37 Sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs TUTULDU  |     15:21 Bricit Makron Fransanın rəsmi vergi portalında kişi kimi qeydə alınıb  |     15:14 Yük maşını iribuynuzlu mal-qaranı vurdu  |     15:09 Dələduzluq edən şəxslər saxlanıldı  |     15:08 Ukrayna Rusiyanın əsas enerji yarımstansiyalarından birinə hücum edib  |     15:07 Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi: "Yarım iş vahidində çalışır" - Video  |     15:02 COVİD və qriplə qarışdırılır, çox sürətlə yayılır - Ölümcül xəstəlik geri qayıtdı  |     14:48 Bacı-qardaş arasında sədr qalmaqalı - Fəzail Ağamalı oğlunu qovdu  |    

Ukraynada daha bir azərbaycanlı öz həmyerlisi tərəfindən öldürüldü - VİDEO

Ukraynada azərbaycanlılar ilə bağlı daha bir kriminal hadisə qeydə alınıb, bir azərbaycanlı öldürülüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxt Kiyevin Desnyanskiy rayonu ərazisində 1996-cı il təvəllüdlü Məcidov Samid Lətif oğlu həmyerlisi 1993-cü il təvəllüdlü Hüseynov Rasət Hafiz oğlu tərəfindən kürək nahiyəsindən bıçaqla vurularaq öldürülüb.

Hadisəni törədən şəxs və hadisənin digər iştirakçısı 1982-ci il təvəllüdlü Vəliyev Seymur Cavanşir oğlu ölkəni hava yolu ilə tərk edərək qaçmaq istəyərkən yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.

İki gün əvvəl isə Ukraynanın Dnepr şəhərində azərbaycanlı Anar Məmmədov qətlə yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin yerli bölməsi onun həmin bölgə üzrə kriminal qruplaşmanın rəhbərlərindən olduğunu bildirir. Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. O, 1993-cü il təvəllüdlü Yusif adlı Azərbaycan Respublikası vətəndaşıdır.

Hazırda o, axtarışdadır.

Azərbaycanın Kiyevdəki səfirliyindən bildirilib ki, son vaxtlar demək olar hər gün Ukraynanın müxtəlif bölgələrindən bu və ya digər formada azərbaycanlıların kriminal – dələduzluq, oğurluq, ölkədə qanunsuz yaşama və sair əməllər ilə bağlı məlumat daxil olur.

Ukraynada azərbaycanlılar arasında kriminal hadisələrin belə çoxalaraq yerli ictimaiyyətdə müzakirələrə səbəb olması Ukraynada fəal azərbaycanlıları, diplomatik missiyanı, ümumiyyətlə diasporu ciddi narahat edir. Bunun son illər, xüsusilə də 2020-ci ildə Azərbaycanın qalib olduğu Vətən müharibəsi ərəfəsində bir çox ölkələrdə olduğu kimi Ukraynada da diplomatiyanın və diasporun nail olduğu uğurlara, bu ölkədə Azərbaycanla bağlı böyük rəğbətə kölgə salma ehtimalından narahatlıq ifadə olunur. Səfirlik, diaspor təşkilatlarının rəhbərləri, xüsusilə Ukrayna Azərbaycanlıları Radası bu kimi halların qarşısının alınması üçün təbliğat-təşviqat işini gücləndirir, xüsusilə də azərbaycanlı gənclərlə profilaktik söhbətləri artırır.

Xatırladaq ki, Ukraynanın ictimai-siyasi, elm, təhsil, inzibati, tibb, biznes və digər sahələrində bir sıra tanınmış azərbaycanlılar müxtəlif uğurlara imza atıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 022 26.04.21 16:49