Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - FOTO
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 31 733 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 679, bu günə qədər isə ümumilikdə 3 141 335 test icra olunub.