Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Bələdiyyə sədri 3 min manat məbləğində cərimələndi

17.04.2021 16:59 1 239
Bələdiyyə sədri 3 min manat məbləğində cərimələndi
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə ətraf mühitin mühafizəsinə nəzarət artırılıb.

Belə ki, aprelin 16-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində məişət və digər qarışıq tulantıların qalaqlanması aşkar edilib. Keçirilən müvafiq tədbirlərlə ətraf mühitin mühafizəsinə məsul olan vəzifəli şəxs müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 541-ci (ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbə bələdiyyəsinin sədri H.Hüseynov barəsində 3 000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

"Qeyd olunan hallarla bağlı diqqətə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları hansısa vətəndaşın məsuliyyətə cəlb edilməsində maraqlı deyil. Əsas məqsəd ondan ibarətdir ki, hər bir şəxs üzərinə düşən vəzifədən irəli gələrək hüquq qaydasına əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalı, ictimai qaydanın qorumasına öz töhfəsini verməlidir", - Nazirlikdən bildirilib.скачать dle 11.3
Mojo.az Banner