Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib - FOTO

16.04.2021 22:55 1 125
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib - FOTO
Sankt-Peterburqda işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova aprelin 16-da MDB PA-nın 52-ci plenar iclasında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Milli Məclisin Sədri yaz sessiyasının konstruktiv və məhsuldar keçəcəyinə inamını ifadə edib. Müasir dünyada parlamentlərin və parlament diplomatiyasının böyük rolundan bəhs edən Sahibə Qafarova vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyası parlament əməkdaşlığının inkişafı üçün əlverişli platformadır. Bu qurum regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsində, digər parlament təşkilatları ilə əlaqələrin qurulmasında əhəmiyyətli rola malikdir. Qeyd olunub ki, dövrümüzün aktual problemlərinə həsr olunmuş forumların təşkilində, MDB-yə üzv dövlətlər arasında əlaqələrin genişlənməsində bu qurum müsbət nəticələr əldə edib. Spiker bu baxımdan təşkilat tərəfindən sülhün və təhlükəsizliyin möhkəmlənməsində qadınların artan rolunu nümayiş etdirən Avrasiya Qadın Forumu kimi əlamətdar təşəbbüsü yüksək dəyərləndirib.

Sahibə Qafarova Beynəlxalq parlamentarizm gününün təsisi barədə BMT Baş Assambleyasının 72-ci sessiyasında MDB PA-nın irəli sürdüyü təşəbbüsün dəstəklənməsinə diqqət çəkərək deyib ki, 2018-ci ildən başlayaraq 30 iyun tarixində Beynəlxalq parlamentarizm gününün qeyd olunması məmnunluq doğurur.

Spiker ümidvar olduğunu bildirib ki, MDB PA çərçivəsində qarşılıqlı əlaqələr hərtərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə və dövlətlərin ali qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.

Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova media nümayəndələri üçün mətbuat konfransında iştirak edib.

Son xəbərlər