Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Nevropatoloq: Yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır

14.04.2021 23:27 999
Nevropatoloq: Yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır
Son illər mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Şübhəsiz ki, onun həyat və məişətimizə gətirdiyi rahatlığı danmaq olmaz. Lakin bununla yanaşı, ondan aşırı dərəcədə istifadənin mənfi təsirləri də çoxdur.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, nevropatoloq Yeganə Rəşidova deyib: "Mobil telefonla danışarkən 1 dəqiqə ərzində beyinə 217 elektromaqnit impulsu ötürülür. Yəni, hər orqanizm bu "zərbəyə" davam gətirə bilmir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun müddət və davamlı şəkildə mobil telefonlarla danışmaq orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsi ehtimalını artırır. Ona görə də mobil telefonlardan mümkün qədər az istifadə etmək məsləhətdir".

İnsanlar mobil telefonlar vasitəsilə gün ərzində danışmaqla kifayətlənmir, gecə saatlarınadək həmin qurğularda ya oyunlar oynayır, ya da sosial şəbəkələr üzərindən yaxın ətrafı ilə yazışırlar. Hətta bəzən yatmağa hazırlaşarkən mobil telefonları yanında saxlayır və bunun nəticəsində orqanizm gecə saatlarında da şüaya məruz qalır. Həkim-nevropotoloq qeyd edib ki, yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır: "Saat 1-də yuxunun birinci fazası başlayır. Ən azı həmin fazanı rahat yatmaq üçün ən azı saat 12-dən sonra telefonları söndürüb özümüzdən ən azı 2 metr uzağa qoymaq lazımdır".

Alimlərin fikrinə görə mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur, çünki bu rabitə vasitəsindən istifadə edən zaman o beyin və gözlərə ən yaxın məsafədə olur və digər fəsadları ilə yanaşı görmə qabiliyyətinə də mənfi təsir göstərir. Mobil telefonlar işimizi nə qədər asanlaşdırsa da, onlardan saatlarla istifadə edilməsinin zərərli olduğunu unutmaq lazım deyil. Ona görə də həyatımıza rahatlıq gətirən kiçik əşyadan yalnız ən zəruri hallarda yaralanmaq daha düzgündür.скачать dle 11.3
Mojo.az Banner