Mojo.az Banner
19:06 Reperin qətli müxalifəti yeraltına çəkdi - Afrika ölkəsində nə baş verir?  |     18:57 Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz TƏMİR OLUNACAQ  |     18:54 Vəzifəli şəxslər cərimələndi  |     18:49 Gəncədə 49 yaşlı qadın evində qətlə yetirildi - Oğlu şübhəli bilinir  |     18:47 Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO  |     18:32 Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir  |     18:30 Xocavənddə mina partlayışı: Xəsarət alan var  |     18:17 Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi  |     18:10 İsveçdə məktəbə silahlı hücum: Xəsarət alanlar var  |     18:00 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:39 UEFA və KONKAKAF birgə Millətlər Liqasının yaradılmasını müzakirə edir  |     17:30 Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır (FOTO)  |     17:12 Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib  |     16:55 Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi  |     16:44 Kirayə evlərin qiyməti niyə ucuzlaşmır?  |     16:42 Seyran Hüseynova general-mayor rütbəsi verildi - FOTO  |     16:41 Qubada bağ sahəsi yanıb  |     16:27 Psixiatriya xəstəxanasında meyit tapıldı  |     16:14 Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu  |     15:57 Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO  |    
Left Banner
Right Banner

Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27.02.2021 15:38 2 032
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb
2019-cu ilin oktyabr ayında Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, ötən il 20 vaqon alınmaqla vaqon parkındakı müasir tipli vaqonların sayı 75-ə çatdırılıb.

Median.Az
"report"a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vaqonlarda yeraltı yolların ağır hidrogeoloji şəraiti, eləcə də Bakı metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Bütün vaqonlar dartı mühərriki, qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, Bakının iqlim şəraitinə hesablanmış kondisioner və avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib.

"Qlobal işlərdən biri də yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq olaraq ballastsız əsaslar üzərində qurulması, park yollarında taxta şpallar əvəzinə dəmir-beton şpallardan istifadə olunmasıdır. Yolların dəmir-beton blokları metronun öz istehsalat bazasında hazırlanır.

Burada Almaniyanın "Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur.

Sahə təkcə 2020-ci ilə 1198 dəmir-beton blok istehsal edib. Onlardan "Bənövşəyi” xəttin "Memar Əcəmi-8 Noyabr”, "Xocəsən-Avtovağzal” sahələrində olduğu kimi "Xətai” və "Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmiri işləri zamanı da istifadə olunub.

Bir neçə ildir ki, “Nərimanov” elektrik deposunun park yollarında taxta şpalların dəmir-beton şpallarla əvəz edilməsi davam edir. İndiyə kimi depo yollarında 2000-dən artıq dəmir-beton şpal qoyulub", - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner