Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Aİ-nin terrorçu kimi tanıdığı "Sasna tsrer"in üzvlərinə hökm oxunub

24.02.2021 21:21 1 344
Aİ-nin terrorçu kimi tanıdığı
Yerevanın ümumi məhkəməsi fevralın 24-də “Sasna tsrer” silahlı qruplaşmanın üzvləri barəsində qərarını açıqlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məhkəmə qruplaşmanı girov götürməkdə, qanunsuz silah saxlamaqda, girovları qətlə yetirməkdə təqsirli bilib.

Qruplaşmanın üzvü Smbat Barseqyan iki polis əməkdaşını qətlə yetirdiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edilib. Qalan üzvlər 7-10 il arasında müxtəlif müddətə həbslə cəzalandırılıblar.

Xatırladaq ki, “Sasna tsrer" qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda post patrul xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yeqiazaryan da olub. Təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında silahlı qarşıdurma zamanı polis əməkdaşları arasında ölən və yaralananların olduğu da bildirilmişdi.

Bu hadisəyə görə "Yeni Ermənistan" İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Nikol Paşinyan hakimiyyətə gələndən sonra Sefilyan azadlığa buraxıldı. Avropa İttifaqı Ermənistanın “Sasna tsrer” silahlı qruplaşmasını terrorçu dəstə kimi tanıyır.скачать dle 11.3
Mojo.az Banner