Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ov mövsümünün bağlı olması Azərbaycan faunasına necə təsir göstərib? - AÇIQLAMA + FOTO

28.01.2021 14:23 1 014
Ov mövsümünün bağlı olması Azərbaycan faunasına necə təsir göstərib? - AÇIQLAMA + FOTO
“Apardığımız müşahidələr, müxtəlif foto və video çəkilişlər göstərir ki, ov mövsümünün bağlı olduğu dövrdə vəhşi heyvan və quşların sayı Azərbaycanda əhəmiyyətli dərəcədə artıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova bildirib.

O qeyd edib ki, bu artıma iki aspektdən yanaşmaq lazımdır:

“Birincisi, ova qoyulan qadağalar heyvan və quşların populyasiyasına müsbət təsir göstərir. Yəni ki, daha az heyvan vurulur, heyvanlar odlu silahın səsindən yaşadığı arealları tərk etmir. İkinci vacib məsələ isə aparılan mühafizə tədbirləridir. Bu sahədə kifayət qədər ciddi nəzarət tədbirləri həyata keçirildiyindən, mühafizə düzgün qurulduğundan bir çox növlərin artımı müşahidə olunur”.

İctimai Şuranın sədri qeyd edib ki, bütün görülən işlərə paralel olaraq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də bu sahədə yüksək göstəricilərin əldə olunmasına böyük təkan verib.

“Buna Şərqi Qafqaz Turunu (Dağıstan turu) nümunə göstərmək olar. Bu növ əsasən Qafqazda yaşayır, qonşu ölkələrdə sayı az miqdarda qalıb. Amma Azərbaycanda bu növün sayı artmaqdadır. Bunu son günlərdə Oğuz, Qəbələ, Şəki və Qusar regionlarında Dağıstan turunun çəkilmiş foto-video görüntüləri deməyə əsas verir”.

M.Şükürova bir daha vurğulayıb ki, bu artım ölkəmizdə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə aparılan nəzarət, mühafizə və maarifləndirmə tədbirlərinin nəticəsidir.





скачать dle 11.3
Mojo.az Banner