Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Müharibə niyə başladı? - Ermənistanın keçmiş baş nazirinin müavinindən ŞOK

26.01.2021 21:59 1 044
Müharibə niyə başladı? - Ermənistanın keçmiş baş nazirinin müavinindən ŞOK
"Nikol Paşinyan və komandası Qarabağ məsələsinin həllini Ermənistan iqtisadiyyatına sürətli investisiyaların qorunub saxlanmasının və möhkəmlənməsinin qarantı kimi gördü”.

Median.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş nazirinin müavini Armen Gevorqyan "Alternativ Layihələr" nəşrinə verdiyi Qarabağdakı müharibənin səbəbləri və erməni tərəfinin məğlubiyyəti ilə bağlı təhlillərini təqdim etdiyi geniş bir məqalədə yazıb.

Ermənistan rəhbərliyinin strateji səhvlərindən danışan Gevorqyan qeyd edib ki, Paşinyanın hakimiyyətdə olduğu illərdə bir neçə strateji səhv etdiyinə dair nəticəyə gəlib. Bu səhvlər də hazırda məlum olan nəticələrə gətirib çıxarıb.

O, Paşinyanın Qarabağ məsələsində "sürətli və dinc həll yolu"na getməsini ilk səhv hesab edir. Baş nazir belə qərara Qərbin inqilabdan sonrakı Ermənistanı “azad” etməyəcəyi məlum olandan sonra gəlib. İkinci səhv isə Paşinyan və komandasının Qarabağ məsələsinin detallarını ictimaiyyətdən gizlətməsi və barışıq üçün ictimai rəy hazırlamamasıdır.

Gevorqyan Paşinyanın iki stula oturmaq cəhdlərini üçüncü səhvi adlandırıb. O, baş nazirin strateji tərəfdaş məsələsində düzgün seçim edə bilmədiyini düşünür.

Xusuilə, Qərbin bəzi ani vədlərinə görə Rusiya ilə illərdir qurulan münasibətləri soyutmağa başlaması buraya daxildir:

“Paşinyan və onun komandası Ermənistandakı Rusiyapərəst düşüncəli işgüzar elitanın imkanlarını məhdudlaşdırmağa, onları "köhnə hakimiyyətin şəriki" kimi qələmə verməyə başlayır, paralel olaraq Qərb tərəfdaşları Paşinyan hökuməti üçün maliyyə yastıqları yaradırlar. 2019-cu ilin aprel-may aylarında Dünya Bankı və BVF Ermənistana 500 milyon kredit ayırmaq üçün bir layihə hazırlayır”.//publika.azскачать dle 11.3
Mojo.az Banner