Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət etdi – VİDEO

25.01.2021 17:51 795
Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət etdi – VİDEO
Fövqəladə Hallar Nazirliyinin dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.

Bildirilib ki, bəzən insanların müxtəlif məqsədlərlə – ov etmək, təbiət gözəlliyinin dadını çıxarmaq və s. üçün yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Belə ki, qış aylarında dağlıq ərazilər üçün xarakterik olan qar uçqunu, yolu azma, vəhşi heyvanların hücumu və s. insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, hava şəraitinə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik. Həmçinin, yadda saxlamaq lazımdır ki, ilk baxışdan aldadıcı görünsə də günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

Əgər qar uçqunu başlayıbsa:

1.Qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun hərəkət trayektoriyasından kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;
2.Uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

1.Nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
2.Qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;
3.Axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
4.Uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);
5.Qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;
6.Soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


скачать dle 11.3
Mojo.az Banner