Mojo.az Banner
11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

BŞİH xüsusilə hansı obyektlərdə nəzarətin ciddi olacağını AÇIQLADI

25.01.2021 14:37 834
BŞİH xüsusilə hansı obyektlərdə nəzarətin ciddi olacağını AÇIQLADI
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən bir sıra ticarət obyektlərinin fəaliyyətinə icazə verilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən verilən məlumata əsasən, bu gün Bakı şəhəri üzrə ticarət obyektlərinin təxminən 50 faizi və ya 3 500 civarında ticarət obyekti fəaliyyətə başlayır.

Belə ki, yalnız gündəlik tələbatı ödəməyə xidmət edən mağazalar: qeyri-ərzaq məhsulları, mebellər, ticarət və tikinti malları, maşınlar və onlar üçün ehtiyat hissələri, təsərrüfat məhsulları, kosmetik vasitələr, geyim satışı ilə məşğul olan mağazalar və s. ticarət obyektlərinin fəaliyyəti bərpa edilir.

Bildirilib ki, monitorinqlərə bu gündən start verilib, lakin ötən həftənin şənbə-bazar günləri bəzi mağazalara baxış keçirilib və məlumatlandırma işləri aparılıb:

"Əsas tələblər dəyişməz olaraq qalır: ticarət obyekti daxilində personalın tibbi maskadan istifadə etməsi, mağazaya daxil olan şəxslərin mütləq şəkildə maskadan istifadə etməsi və eləcə də kassa aparatları olan yerdə dezinfeksiya vasitələrinin olması kimi pandemiya başlayandan qüvvədə olan məsələlər bu gün də əsas tələbləri təşkil edir. Bir digər əsas tələb isə sosial məsafənin saxlanılmasıdır. Əgər mağazanın ölçüsü 10-20 kvadrat metrdirsə, orada 5-10 nəfərdən artıq müştəri olmamalıdır. Mütləq şəkildə iki metr məsafə qaydası gözlənilməlidir. Bu sadalanan məsələlərə riayət olunmadığı halda tərəfimizdən bu hallar qeydə alınır və müvafiq tədbirlər həyata keçirilir".

Əsasən, hansı növ ticarət müəssisələrində nəzarət mexanizmlərinin tətbiqinə xüsusi diqqət yetiriləcəyi ilə bağlı da məlumat verilib:

"Əsasən uşaqlar üçün mağazalara, qənnadı məhsulları, ərzaq məhsulları, təsərrüfat malları, məktəb və məktəb ləvazimatları, tekstil məhsulları, elektrik cihazları satılan mağazalara ciddi nəzarət həyata keçiriləcək. Xüsusilə elektrik cihazları satılan mağazalarda sıxlıq daha çox müşahidə olunduğundan nəzarət də buna uyğun formada aparılacaq".скачать dle 11.3
Mojo.az Banner