Mojo.az Banner
11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda yaşayan soydaşlarımızın torpaq problemi - VİDEO

25.01.2021 14:33 882
Gürcüstanda yaşayan soydaşlarımızın torpaq problemi - VİDEO
Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlər və keşişlər arasında artıq bir neçə gündür ki, qarşıdurmalar yaşanır. Buna səbəb Gürcüstan parlamentində kilsə ətrafı ərazilərdən 20 hektar torpaq sahəsinin kilsəyə verilməsi ilə bağlı qanun layihəsinin qəbul olunması olub.

Baku TV-nin verdiyi məlumata görə, qanun layihəsi qəbul edildikdən sonra din xadimləri soydaşlarımızın əkib-becərdikləri torpaq sahələrinin onların ərazisinə daxil olduğunu iddia edirlər. Hətta keşişlər bu səbəbdən yerli sakinlərdən icarə də tələb edirlər.

Məsələ ilə bağlı Baku TV-nin Gürcüstan bürosuna açıqlama verən Marneuli İcra başçısının (Merinin) vəzifələrini icra edən Zaur Tabatadze bildirir ki, İkinci Kosalı kəndində mübahisəli torpaq sahələri tam olaraq Gürcüstan İqtisadiyyat Nazirliyinin balansındadır:

“Hazırda həmin torpaqlarda göstərilən bütün fəaliyyətlər qanunsuzdur. Bu barədə araşdırma aparılır. Ancaq bu mərhələdə onu deyə bilərəm ki, torpaqlar heç kimin mülkiyyətində deyil. Araşdırılma başa çatdıqdan sonra, qanun çərçivəsində həmin torpaqların istifadə edilməsinə icazə verilə bilər”.скачать dle 11.3
Mojo.az Banner