Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq altenativ yolla təşkil edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilməsidir.