Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada

23.01.2021 19:42 930
Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada
Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Şuşa şəhərinə birgə səfər ediblər.

Hər iki xadim səfər təəssüratlarını Trend-lə bölüşüb.

Fərhad Bədəlbəyli bütün Şuşanı gəzdiklərini bildirdi: "Birinci növbədə Polad Bülbüloğlunun evinə getdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Gördüklərimiz bizim üçün xoşagəlməz mənzərə idi. Çünki Şuşa düşmən tapdağı altında idi. Amma bu dəfə azad Şuşaya qalib kimi gəlmişik. Sağ olsun Cənab Prezidentimiz, şəxsən Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə! Mən, Polad müəllim və memar Rizvan Zeynalov bir yerdə gəlib evə baxdıq. Bülbülün Ev muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır kimi planlar quruldu. Bu, çox vacib idi.

Sonra Şuşada yerləşdirilən güllələnmiş büstlərə baş çəkdik, Üzeyir Hacıbəyov, Xan qızı Natəvan və Bülbülün büstlərini ziyarət etdik. Ondan sonra əlbəttə ki, Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq".

Polad Bülbüloğlu da hədsiz duyğulu olduğundan söz tapıb danışmaqda çətinlik çəkdiyini dedi: "Mənim üçün çox xoşbəxt bir gündür. 30 ildir gözlədiyimiz an gəlib çatdı. O qədər duyğuluyam ki, heç söz də tapa bilmirəm deməyə, ona görə ki, atamızın yurduna gəlmişik, onun evinə girmişik... Düzdür, ev pis vəziyyətdədir, divarlar dağılıb, tavan düşmək üzrədir. Bir tərəfdən, evi belə görmək çox ağırdır, o biri tərəfdən də çox böyük qürurdur. Çünki qələbə qazanan bir xalqın nümayəndəsi kimi bu gün öz torpağıma, öz evimə gəlmişəm. Çox şadam ki, hörmətli Prezidentimiz bu anı bizə bəxş edib. Cənab Prezident Şuşaya səfəri zamanı bu evi məhz mənim təmir edəcəyimi söyləmişdi. Və Bu gün mən gəlmişəm. Öncə görüləcək işlərin layihəsi hazırlanacaq və sonra işə başlayacağıq".

P.Bülbüloğlu əlavə etdi ki, bu gün Şuşanın çox gözəl havası vardı. Bir tərəfdə ağabaq qar, bir tərəfdə də gözəl Günəş, açıq səma: "Cıdır düzündən ətrafı seyr edəndə hər şey bizə yuxu kimi gəlirdi. Sanki bir film izləyirdik. Şükürlər olsun ki, artıq bu günü gördük. Ona görə də bu gün son 30 ildə mənim ömrümdə ən əziz, ən xoşbəxt bir gündür. Fürstdən istifadə edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, müharibədə iştirak etmiş bütün hərbçilərimizə minnətdaram. Biz həmişə onlara borclu olacağıq. Azərbaycan xalqı heç vaxt bu qəhrəmanlığı yaddan çıxarmayacaq. Eşq olsun bizim ordumuza, eşq olsun bizim hörmətli Prezidentimizə, Ali Baş Komandanımıza!".скачать dle 11.3
Mojo.az Banner